Ucnoqta.az
www.ucnoqta.az

Bakıda məşhur brend mağazasının anbarı yandı

11:35 - 7 İyul 2025 tarixində dərc olunub.

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.

Musavat.com xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub.

Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.

İlkin məlumata görə hadisə qısapanmadan baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası