Ucnoqta.az
www.ucnoqta.az

İspaniyada ilk öküz qaçışı zamanı 6 nəfər xəsarət alıb

11:33 - 7 İyul 2025 tarixində dərc olunub.

İspaniyada Pamplonada (Navarra) San Fermin festivalı çərçivəsində ilin ilk öküz qaçışı zamanı ən azı altı nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin X-dəki regional bölməsindən məlumat verilib.

Qaçış ənənəvi olaraq yerli vaxtla 08:00-da başlayıb və təxminən üç dəqiqə davam edib.

Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival təxminən bir həftə davam edəcək. 

Müəllif: Ucnoqta.az redaksiyası