Ucnoqta.az
www.ucnoqta.az

Fon der Lyayenə etimadsızlıq səsverməsi ilə bağlı dinləmələr başlayacaq

08:18 - 7 İyul 2025 tarixində dərc olunub.

Bu gün Strasburqda Avropa Parlamentinin sessiyasında Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenə COVID-19 peyvəndlərinin alınmasında korrupsiyaya görə etimadsızlıq səsverməsi müzakirəyə çıxarılacaq.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Fon der Leyenin özü və bütün Avropa Komissiyası şəxsən iştirak edəcək.

Etimadsızlıq səsverməsinin təşəbbüskarı Avropa Parlamentinin Rumıniyadan olan deputatı Georgi Piperea olub. Onun xahişini AP-nin 720 üzvündən azı onda biri, yəni 72 nəfər dəstəkləməlidir.

Müəllif: Ucnoqta.az redaksiyası