ABŞ prezidenti Donald Tramp bildirib ki, BRİCS siyasətini dəstəkləyən ölkələr 10% əlavə rüsum tətbiq edəcək.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Truth sosial şəbəkəsində yazıb.
“Antiamerikan BRİCS siyasətinə qoşulan istənilən ölkəyə 10% əlavə rüsum tətbiq olunacaq.
Bu siyasətdə heç bir istisna olmayacaq”, o qeyd edib.