Praqada elektrik enerjisinin kəsilməsi baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə iyulun 4-də CT24 telekanalı məlumat yayıb.
"Günorta saatlarında Praqanın bəzi ərazilərində elektrik enerjisi kəsilib", - yayımçının X sosial şəbəkəsindəki səhifəsində deyilir.
CT24-ün məlumatına görə, metro və şəhər tramvaylarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Qeyd olunur ki, Praqa enerji şirkətinin PRE-nin məlumatına görə, işığın kəsilməsinə səbəb Çodov ərazisindəki yarımstansiyada baş vermiş qəza olub.