Ucnoqta.az
www.ucnoqta.az

"Putin sizin sülhə nail olmaq səylərini ələ salır" - XİN başçısı

15:35 - 4 İyul 2025 tarixində dərc olunub.

Ötən gecə Rusiyanın kütləvi hücumu yanğınlara və Kiyevdəki Polşa konsulluğuna ciddi ziyan vurub.

Ucnoqta.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski X-də yazıb.
"Prezident Tramp, Putin sizin sülhə nail olmaq səylərini ələ salır. Zəhmət olmasa, Ukraynaya zenit sursatlarının tədarükünü bərpa edin və təcavüzkara qarşı yeni sərt sanksiyalar tətbiq edin" - Sikorski qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası