Ucnoqta.az
www.ucnoqta.az

Almaniya Ukrayna üçün "Patriot" alınması ilə bağlı ABŞ-la danışıqlar aparır

15:14 - 4 İyul 2025 tarixində dərc olunub.

Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Stefan Kornelius “Patriot” hava hücumundan müdafiə sistemlərinin sonradan Kiyevə təhvil verilməsi üçün ABŞ-la danışıqların aparılması barədə məlumatı təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, o, brifinqdə jurnalistlərə Almaniya hökumətinin sonradan Kiyevə təhvil verilməsi üçün ABŞ-dan hava hücumundan müdafiə sistemlərini almağı planlaşdırıb-almağı planlaşdırmadığı sualına cavab verərkən deyib.

Kornelius qeyd edib ki, Berlin Vaşinqtonun Kiyevə bir sıra silahların tədarükünü dayandırmaq qərarını “aralıq siqnal” kimi qəbul edir.

"Lakin Ukraynanı ilk növbədə hava hücumundan müdafiə sistemləri ilə aktiv şəkildə təmin etmək üçün necə davam etmək barədə çox intensiv danışıqlar aparılır", - Nazirlər Kabinetinin nümayəndəsi bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası