Paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasının qarşısında və Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində (“Azure” Biznes Mərkəzinin qarşısı) piyadalar və avtomobillər arasında hərəkət növbəliliyi olmadığından nəqliyyat sıxlığı və qəza şəraiti yaranırdı. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) tərəfindən hər iki piyada keçidində 4 ədəd LED işıqlandırma ilə təchiz olunan düyməli piyada svetoforları quraşdırılaraq piyadaların istifadəsinə verilib. Nəticədə həm hərəkət növbəliliyi təmin olunub, həm də qəza şəraiti aradan qaldırılıb.
NİİM-dən Ucnoqta.az-a verilən məlumata görə, hazırda digər ərazilərdə olan piyada keçidlərində də nəqliyyat və piyada intensivliyi nəzərə alınaraq svetoforların quraşdırılması işləri aparılır.