100-dən çox fələstinli cümə axşamı İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanı olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi tibbi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 51 nəfər humanitar yardım gözləyərkən həlak olub.
Qeyd edilir ki, İsrail hərbçilərinin Qəzza zolağının cənubundakı Xan Yunisdə humanitar yardım üçün növbə gözləyən yerli sakinlərə hücumu nəticəsində 90-dan çox fələstinli yaralanıb.