ABŞ prezidenti Donald Tramp iyulun 4-də prezident Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, tərəflər Amerikanın Ukraynaya silah tədarükünün dayandırılmasını müzakirə edəcəklər.
Bundan əvvəl “The New York Times” ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemli raketlərinin, yüksək dəqiqlikli döyüş sursatlarının, “Hellfire” idarə olunan raketlərinin, “Stinger” portativ raket sistemlərinin və bir sıra digər silahların tədarükünü dayandıracağını bildirmişdi.
Bütün bunların fonunda Ukrayna Xarici İşlər Nazirliyi tədarükün dayandırılması ilə bağlı məlumatları müzakirə etmək üçün artıq ABŞ-ın Kiyevdəki müvəqqəti işlər vəkili Con Qinkeli çağırıb.