Ucnoqta.az
www.ucnoqta.az

Məşhur futbolçu qardaşı ilə birlikdə yol qəzasında öldü

12:19 - 3 İyul 2025 tarixində dərc olunub.

İngiltərənin "Liverpul" futbol klubunun portuqaliyalı hücumçusu Dioqo Jota avtomobil qəzasında ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə İspaniyanın Zamora əyalətində baş verib. Zamora 24 horas portalının məlumatına görə, futbolçu ilə birlikdə İspaniyanın "Penafiel" klubunda çıxış edən qardaşı Andre dünyasını dəyişib.
“Liverpul” və Portuqaliya Futbol Federasiyası hələlik bu məlumatı təsdiqləməyib.

Jota 28 yaşında idi, 2020-ci ildən "Liverpul"da oynayırdı.

Müəllif: Ucnoqta.az redaksiyası