Yaxın gələcəkdə günəş aktivliyinin artması gözlənilir.
Ucnoqta.az xəbər verir ki, iyulun 3-də günəş aktivliyi maqnit qasırğasına uyğun gələn K-indeksi 5 (qırmızı səviyyə) ilə gözlənilir. İyulun 4-də geomaqnit aktivlik K-indeksi 4-ə (sarı səviyyə) qədər azalacaq, maqnit pozuntuları meteohəssas insanlar tərəfindən hiss olunacaq. İyulun 5-i şənbə günü də maqnit pozuntuları gözlənilir.