Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda 3 otaqlı ev yanıb

10:39 - 1 İyul 2025 tarixində dərc olunub.

Sabunçuda 3 otaqlı ev yanıb.

Bu barədə Ucnoqta.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası