Paytaxtın Binəqədi rayonu Xocəsən qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, dünən saat 21 radələrində 2005-ci il təvəllüdlü Könül İlham qızı İbrahimova yaşadığı qəsəbədə şəhid ailələri və qazilər üçün inşa edilmiş şəhərcikdə binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb.
Gənc qız hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.