Ucnoqta.az
www.ucnoqta.az

İranda ölənlərin sayı 935-ə çatıb

15:35 - 30 İyun 2025 tarixində dərc olunub.

İran-İsrail müharibəsinin 12 günü ərzində İsrailin endirdiyi zərbələr nəticəsində İranda azı 935 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə İslam Respublikasının məhkəmə sisteminin nümayəndəsi İshaq Cahangir məlumat verib.

“Son məhkəmə-tibb məlumatlarına əsasən, sionist rejimin ölkəmizə qarşı 12 günlük müharibəsi zamanı 935 nəfərin ölümü təsdiqlənib ki, onlardan 38-i uşaq, 132-si qadın, bəziləri hamilə olub”, - Cahangir deyib.

Müəllif: Ucnoqta.az redaksiyası