Ucnoqta.az
www.ucnoqta.az

Ticarət mərkəzindən oğurluq edilib

14:43 - 30 İyun 2025 tarixində dərc olunub.

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.

Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası