Ucnoqta.az
www.ucnoqta.az

Mirzoyandan Lavrova xəbərdarlıq: Ermənistanın daxili işlərinə ...

13:07 - 30 İyun 2025 tarixində dərc olunub.

Ermənistanda kilsəyə qarşı hakimiyyət mübarizəsi yoxdur.

Ucnoqta.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Mirzoyan bildirib ki, bu, qanuni prosesdir və Ermənistan Respublikasının daxili işidir:
"Cənab Lavrov yaxşı olardı ki, Ermənistan Respublikasının daxili işlərinə və daxili siyasətinə qarışmasın.

Rusiya rəsmiləri və parlamentariləri, media ekspertləri Ermənistan Respublikasının suverenliyinə daha böyük hörmətlə yanaşmalı və bir daha bizim daxili işlərimizə qarışmağa imkan verməməlidirlər".

Müəllif: Ucnoqta.az redaksiyası