Ucnoqta.az
www.ucnoqta.az

"Yekaterinburqda baş verən kütləvi polis cinayəti həyəcan siqnalına çevrilməlidir"

11:32 - 30 İyun 2025 tarixində dərc olunub.

"Yekaterinburqda baş verən kütləvi polis cinayəti Rusiyada yaşayan azərbaycanlıların tamamı üçün həyəcan siqnalına çevrilməlidir".

Ucnoqta.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Rusiyanın böyük şəhərində bir evdə axtarış aparılmayıb, onlarla azərbaycanlının evinə soxulub, döyə-döyə polis məntəqəsinə aparıblar:
"Ötən il Rusiya polisi Sankt-Peterburda azərbaycanlıların toy məclisinə hücum etmiş, qonaqları yerə uzandırmışdılar. Toya qatılanlar da qanun pozmamışdılar. Rusiyada bu hallar getdkcə kütləvi hal alır. Bu səbəbdən Rusiyada özünü rahat hiss edən azərbaycanlılar düşünməsinlər ki, baş verənlərin onlara aidiyyatı yoxdur. Rusiyadakı diasporamız güclü olduğu halda, azərbaycanıların müqavimət gücü artacaq. Bu yolla qanunsuzluqlarla birgə mübarizə aparmaq mümkündür, Bu olmasa, ayrı-ayrılıqda kiçik və ya böyük biznesi olan soydaşlarımızın da qapılarını döyə bilərlər".

Müəllif: Ucnoqta.az redaksiyası