Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda ər-arvad qəzaya düşdü

09:50 - 29 İyun 2025 tarixində dərc olunub.

Yevlax rayonunda minik avtomobili ilə qoşqulu motosikletin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

Ucnoqta.az Report-a istinadən xəbər verir ki, avtomobillin qoşqulu motosikletə çırpılması nəticəsində motosikletdə olan 1959-cu il təvəllüdlü F. Kazımova aldığı xəsarətdən keçinib.

Onun həyat yoldaşı 1955-ci il təvəllüdlü H. Kazımov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası