Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada öldürülən azərbaycanlıların sayı ARTDI

12:56 - 28 İyun 2025 tarixində dərc olunub.

Rusiya OMON-nun keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü - Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı beşə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası