Ucnoqta.az
www.ucnoqta.az

Qusarda turistləri daşıyan mikroavtobus aşıb - xəsarət alanlar var

16:38 - 27 İyun 2025 tarixində dərc olunub.

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, Qusar-Şahdağ yolunda turistləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-ü Azərbaycan, 5 nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası