Ucnoqta.az
www.ucnoqta.az

Makron Rusiyaya misli görünməmiş sanksiyalar VƏD ETDİ

14:01 - 27 İyun 2025 tarixində dərc olunub.

Yaxın günlərdə Rusiyaya qarşı "görünməmiş sanksiyalar paketi" tətbiq ediləcək

Ucnoqta.az xəbər verir ki, bunu Fransa prezidenti Emanuel Makron deyib. Makron bildirib ki, prioritetimiz atəşkəsə nail olmaq və uzunmüddətli perspektivdə verilən təminatları möhkəmləndirməkdir:
"Yaxın günlərdə Avropa İttifaqı 18-ci sanksiyalar paketini qəbul etməlidir - miqyası və tədbirləri, xüsusən də maliyyə və enerji sektorlarında misli görünməmiş sanksiyalar. Bu, digər şeylərlə yanaşı, güclü siqnal olacaq, emal edilmiş Rusiya neftinin üçüncü ölkələrə idxalına qadağa qoyulmasını nəzərdə tutur. Mən də ümid edirəm ki, sazişdə Rusiya neftinin qiymətinin yuxarı həddinin aşağı salınması prinsipi öz əksini tapacaq".

Onun sözlərinə görə, bu yeni sanksiyalar paketi Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya ilə razılaşdırılıb:
"Bu, həm də senator Qrehemin rəhbərliyi ilə ABŞ Senatında hazırlanan təşəbbüslərə uyğundur. Onların qəbuluna nail olmaq vacibdir, çünki bu tədbirlər ciddi çəkindirici təsir göstərir və Rusiya iqtisadiyyatına ciddi zərbə vurmağa qadirdir. Bu da öz növbəsində Rusiyanı danışıqlar masasına qayıtmağa sövq edə bilər".

Müəllif: Ucnoqta.az redaksiyası