Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin avqustunda çatdırılma üzrə qızıl fyuçerslərinin qiyməti 30 may 2025-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 3300 dollardan aşağı düşüb.
Ucnoqta.az xəbər verir ki, bu, ticarət platforması məlumatlarından irəli gəlir.
Məlumata görə, qiymətli metalın qiyməti 0,28% ucuzlaşaraq 1 troy unsiyası üçün 3298 dollar təşkil edib.