Ucnoqta.az
www.ucnoqta.az

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

12:12 - 26 İyun 2025 tarixində dərc olunub.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Nic qəsəbəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ucnoqta.az xəbər verir ki, ümumi çəkisi 4 ton olan 8000 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası