Ucnoqta.az
www.ucnoqta.az

Qalstanyan saxlanıldı

12:25 - 25 İyun 2025 tarixində dərc olunub.

Təhlükəsizlik qüvvələri Ermənistanın “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə ittiham olunan arxiyepiskop Baqrat Qalstanyanı saxlayıb.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Qalstanyan yaşadığı yerdən çıxarılaraq avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.

Təhlükəsizlik qüvvələri Ermənistanda daha bir neçə müxalifət nümayəndəsini, o cümlədən iki din xadimini saxlayıb.

Müəllif: Ucnoqta.az redaksiyası