Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşları da daxil olmaqla 34 əcnəbini deportasiya ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidmətinin açıqlamasında bildirilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, son günlər keçirilən tədbirlər nəticəsində Gürcüstandan Azərbaycan, Misir, Hindistan, İraq, İran, İordaniya, Çin, Mərakeş, Nigeriya, Pakistan, Rusiya, Türkiyə və Türkmənistan vətəndaşları deportasiya edilib.
Qeyd olunur ki, deportasiya edilmiş şəxslərin respublikaya gəlməsi qadağandır.