Ucnoqta.az
www.ucnoqta.az

Erməni polisi Baqrat Qalstanyanın tərəfdarlarının evlərində axtarışlar aparır

10:20 - 25 İyun 2025 tarixində dərc olunub.

Ermənistanda hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər saatlarından arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Müqəddəs mübarizə” hərəkatının üzvləri və tərəfdarlarının evlərində axtarışlar aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında bildirilib.
Qeyd olunur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları "Müqəddəs mübarizə" tərəfdarlarını təqib etməkdə davam edir. Bu gün səhər tezdən onlar "Müqəddəs mübarizə" tərəfdarlarının evlərində axtarış aparmağa başlayıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları arxiyepiskopun iqamətgahında da əməliyyat keçirirlər.

Müəllif: Ucnoqta.az redaksiyası