Ucnoqta.az
www.ucnoqta.az

Biologiya müəllimi 60 bal topladı

14:14 - 24 İyun 2025 tarixində dərc olunub.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi bu gün də davam edir.

Ucnoqta.az xəbər verir ki, sertifikatlaşdırılma imtahanlarının dördüncü günündə də 60 bal toplayan müəllim olub.

Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva sertifikatlaşdırılması prosesinin tedt imtahanı mərhələsində maksimum nəticə göstərərək 60 bal toplayıb!

Qeyd edək ki, 24 iyun tarixində keçirilən imtahanda biologiya və kimya fənnini tədris edən müəllimlər iştirak edirlər.

Müəllif: Ucnoqta.az redaksiyası