Ucnoqta.az
www.ucnoqta.az

Bu yolda hərəkət məhdudlaşdırılacaq

13:13 - 24 İyun 2025 tarixində dərc olunub.

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar 26 iyun saat 00:00-dan etibarən Ələsgər Qayıbov küçəsində nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənədək qüvvədə olacaq.

Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Müəllif: Ucnoqta.az redaksiyası