Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti 68 dollardan aşağı düşdü

10:40 - 24 İyun 2025 tarixində dərc olunub.

Londonun ICE birjasında 2025-ci ilin avqustunda çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti ticarət məlumatlarına əsasən, 11 iyun 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 68 dollardan aşağı düşüb.

Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 3,89% azalaraq 67,9 dollar/barelə düşüb.

Həmçinin, 2025-ci ilin avqustunda WTI markalı neftin fyuçersləri isə 3,13% ucuzlaşaraq bir barel üçün 64,78 dollara düşüb.

Müəllif: Ucnoqta.az redaksiyası