Tramp İrana təşəkkür edib
Ucnoqta.az xraici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qətərdəki aviabazaya gözlənilən hücumla bağlı vaxtında xəbərdar etdiyinə görə İrana təşəkkür edib. İran ABŞ-nin Qətərdəki hərbi bazasına zərbəendirməzdən əvvəl Amerikanı bu barədə xəbərdar etmişdi.
Həmçinin, Tramp İranın ABŞ-nin nüvə obyektlərinə zərbələrinə cavabını zəif adlandırıb. Tramp deyib ki, İran Qətərdəki ABŞ aviabazasına 14 raket atıb, onlardan 13-ü vurulub, biri isə hədəfdən yayınıb.