Ucnoqta.az
www.ucnoqta.az

Tramp iyunun 24-də NATO sammitinə uçacaq

16:53 - 23 İyun 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp iyunun 24-də səhər saatlarında NATO sammitinə uçacaq və toplantının əsas mövzularından biri üzv ölkələrin maliyyə öhdəliklərini yerinə yetirməsi olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Fox News”a Ağ Evin mətbuat katibi Karolin Levitt bildirib.

“Bəli, prezident sabah səhər NATO sammitinə uçacaq və əsas müzakirə mövzularından biri alyansın müdafiə üçün ÜDM-in 5%-lik həddinə çatması olacaq”, - Levitt bildirib.

O xatırladıb ki, Tramp çoxdan NATO müttəfiqlərini kollektiv təhlükəsizliyə töhfələrini artırmağa çağırıb.

"O, artıq birinci müddətində bu istiqamətdə irəliləyiş əldə edib və siz onun Avropaya növbəti tarixi səfəri zamanı bu məsələni yenidən qaldıracağını eşidəcəksiniz", - Levitt əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası