Ucnoqta.az
www.ucnoqta.az

BMT Dəməşq kilsəsinə hücumu pisləyib

14:15 - 23 İyun 2025 tarixində dərc olunub.

BMT-nin Suriya üzrə humanitar koordinatoru Adam Abdelmoula iyunun 22-də Dəməşqdə kilsəyə edilən və azı 20 nəfərin ölümü, 50-dən çox insanın yaralanması ilə nəticələnən terror aktını pisləyib.

Ucnoqta.az-ın məlumatına görə, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) xəbər verir ki, o, mülki şəxslərin müdafiəsi üçün tədbirlər görməyə çağırıb.

“Mən Dəməşqdəki İlyas peyğəmbərin kilsəsində intiharçı-terrorçunun namaz qılmaq üçün toplaşan mülki şəxslərə hücumu nəticəsində baş vermiş faciəvi hadisəni şiddətlə qınayıram. Biz aidiyyatı qurumları mülki şəxslərin müdafiəsini təmin etmək, günahkarları məsuliyyətə cəlb etmək və belə faciələrin bir daha təkrarlanmamasını təmin etmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq", - BMT koordinatoru vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası