Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ

12:06 - 23 İyun 2025 tarixində dərc olunub.

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 1 iyul 2025-ci ilədək uzadılmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası