"Yuventus" klublararası dünya çempionatında ikinci rəqibini darmadağın edib
Ucnoqta.az xəbər verir ki, G qrupunun Filadelfiya (Pensilvaniya) şəhərində keçirilən oyunda "Yuventus" "Uaydad"anı 4:1 hesabı ilə məğlub edib.
Kənan Yıldız iki dəfə (16-cı və 69-cu dəqiqə), daha bir qolu isə Duşan Vlahoviç vurub (90+4, penalti).
"Uaydad"ın futbolçusu Abdelmunayim Butuy 6-cı dəqiqədə avtoqolla, 25-ci dəqiqədə isə Thembinkosi Lorch “Yuventus”un qapısından qol vurub.
İyunun 18-də keçirilən turnirin ilk oyununda "Yuventus" "Əl Ayn"ı (BƏƏ) 5:0 hesabı ilə məğlub edib.