Ucnoqta.az
www.ucnoqta.az

Kiyev keçirilən referendumları tanımalıdır - Putin

15:27 - 22 İyun 2025 tarixində dərc olunub.

Kiyevin yerlərdə mövcud reallıqları tanıması və Krım, Sevastopol, Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Xerson və Zaporojya vilayətlərinin könüllü olaraq Rusiyaya daxil olması tamamilə zəruridir, Moskva bunda təkid edir. Əks halda, yenidən silahlı toqquşma təhlükəsi var. 

Ucnoqta.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Sky News-a deyib. 

Putinin sözlərinə görə, müəyyən ərazilərdə yaşayan insanların iradəsindən çıxış etmək və son nəticədə bu iradəni tanımaq lazımdır.

“Çünki xalqın iradəsi bizim demokratiya dediyimiz şeydir”, - Rusiya prezidenti izah edib.

“Əlbəttə, mən dörd tanınmış ərazidə  və Krımda keçirilmiş referendumun nəticələrinin tanınmasının zəruriliyindən danışıram”, - Rusiya lideri bildirib. “Və mən bu faktın tanınmasında israrlıyam, çünki belə bir tanınmanın olmaması silahlı münaqişənin yenidən başlanması ehtimalı demək olacaq”.

Müəllif: Ucnoqta.az redaksiyası