Ucnoqta.az
www.ucnoqta.az

İran hava məkanına qoyulan qadağanı uzadıb

17:13 - 21 İyun 2025 tarixində dərc olunub.

İran hakimiyyəti respublikanın hava məkanının bağlanmasını iyunun 22-dək uzatmaq qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, iyunun 22-si yerli vaxtla saat 14:00-a qədər bütün daxili və beynəlxalq reyslər təxirə salınıb.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. İran da İsrailə cavab hücumu həyata keçirib.

Müəllif: Ucnoqta.az redaksiyası