Ucnoqta.az
www.ucnoqta.az

Ağstafaya əlavə qatar reysləri təyin edilib

15:03 - 21 İyun 2025 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

Ucnoqta.az bu barədə ADY-yə istinadən xəbər verir.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Müəllif: Ucnoqta.az redaksiyası