Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda qanvermə aksiyası keçirilib

15:05 - 20 İyun 2025 tarixində dərc olunub.

Səhiyyə Nazirliyi Respublika Qan Bankının Sumqayıt bölməsi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Ucnoqta.az xəbər verir ki, sosial həmrəylik və xeyriyyə məqsədi daşıyan aksiyada 100-ə yaxın donor iştirak edib. Toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq. 

Müəllif: Ucnoqta.az redaksiyası