Ucnoqta.az
www.ucnoqta.az

Gələn həftə Məhərrəm ayı başlayır

17:43 - 18 İyun 2025 tarixində dərc olunub.

Azərbaycanda gələn həftə Məhərrəm ayı başlayır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin illik təqvimində qeyd olunub.

Məhərrəm ayının ilk günü iyunun 26-a təsadüf edir. Aşura günü iyulun 5-nə təsadüf edəcək.

İyulun 25-i Məhərrəm ayının son günüdür. Daha sonra isə Səfər ayı başlayır.

Müəllif: Ucnoqta.az redaksiyası