Ucnoqta.az
www.ucnoqta.az

AzTV üzr istədi

00:06 - 18 İyun 2025 tarixində dərc olunub.

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:

“AzTV Xəbər”in 20.00 buraxılışında İran İslam Respublikasının sabiq Prezidenti Mahmud Əhmədinejata qarşı sui-qəsd törədilməsi ilə bağlı məlumat verilib.

Xəbər rəsmi mənbələrdə təsdiqini tapmadığına görə, tamaşaçılardan üzr istəyirik”.

Qeyd edək ki, sabiq prezidentin ofisi yayılan xəbərləri təkzib edib.

Müəllif: Ucnoqta.az redaksiyası