Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan-NATO əlaqələri müzakirə olunub

19:21 - 17 İyun 2025 tarixində dərc olunub.

Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə yeni təyin olunan türkiyəli həmkarı Basat Öztürklə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə C.Hüseynzadə "X" hesabında paylaşım edib.

O qeyd edib ki, görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər, regional mövzular və Azərbaycan-NATO əlaqələri müzakirə edilib.

Müəllif: Ucnoqta.az redaksiyası