Ucnoqta.az
www.ucnoqta.az

İsrailə cavabın vaxtını və metodunu hərbçilər müəyyənləşdirəcək - AÇIQLAMA

15:33 - 13 İyun 2025 tarixində dərc olunub.

İsrailə cavabın vaxtını və metodunu İran hərbçiləri müəyyənləşdirəcək və ölkə hökuməti belə bir əməliyyatı dəstəkləyəcək.

Ucnoqta.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref deyib.

“Cəzanın üsulunu və müddətini ölkəmizin təhlükəsizlik orqanları və hərbçiləri müəyyən edir. Hökumət bu qisas aktını dəstəkləyəcək”, o, hökumətin mətbuat xidmətinin yayımladığı müraciətdə bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası