Ucnoqta.az
www.ucnoqta.az

Lənkəranda 12 kəndin qazı kəsiləcək

13:12 - 11 İyun 2025 tarixində dərc olunub.

Sabah Lənkəran rayonunun 12 kənd və 1 qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Ucnoqta.az xəbər verir ki, rayonun Xarxatan qaz paylayıcı stansiyasında istismara yararsız olan 2 qaz tənzimləyici qurğunun demontaj edilməsi və həmin hissəyə diametri 108 mm-lik borunun qaynaq edilməsi planlaşdırılır.

Bu işlər iyunun 12-də saat 10:00-da başlayacaq və tamamlanana qədər davam edəcək. İşlər aparıldığı müddətdə 9 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Müəllif: Ucnoqta.az redaksiyası