Ucnoqta.az
www.ucnoqta.az

Nazirlik əhalini təşvişə düşməməyə çağırdı

11:49 - 10 İyun 2025 tarixində dərc olunub.

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumata görə, sözügedən döyüş sursatları iyunun 10-13-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq" - nazirliyin müraciətində deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası