Ucnoqta.az
www.ucnoqta.az

İntensiv yağış yağacaq, dolu düşəcək

18:07 - 2 İyun 2025 tarixində dərc olunub.

İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

Müəllif: Ucnoqta.az redaksiyası