Ucnoqta.az
www.ucnoqta.az

Husilər Ben Qurion hava limanına raket buraxıblar

00:24 - 30 May 2025 tarixində dərc olunub.

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri Təl-Əvivdəki Ben Qurion hava limanına yeni zərbə endiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Sariyanın açıqlaması Telegram kanalında dərc olunub.

Bildirilir ki, zərbə hipersəs ballistik raketdən istifadə edilməklə həyata keçirilib.

Müəllif: Ucnoqta.az redaksiyası