Ucnoqta.az
www.ucnoqta.az

Meksika sahillərində zəlzələ olub

08:07 - 28 May 2025 tarixində dərc olunub.

Sakit okeanda Meksikanın qərb sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,9 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Müəllif: Ucnoqta.az redaksiyası