Ucnoqta.az
www.ucnoqta.az

Qadın bank kartlarından 2750 manat oğurlayıb

15:40 - 24 May 2025 tarixində dərc olunub.

Sumqayıt şəhərində oğurluq edən şəxs saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2 600 manat oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası