Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda 44 yaşlı kişi iki nəfər bıçaqladı

14:48 - 24 May 2025 tarixində dərc olunub.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb. Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.///apa

Müəllif: Ucnoqta.az redaksiyası